Korrespondent.net şəhər meri Vitali Kliçkonun açıqlamasına istinadla xəbər verir ki, şəhərdə martın 20-dən sərt karantin rejiminə keçilir.
12 aprelə qədər məhdudiyyətlərin sərtləşdirməsinə qərar verilib.
Mövcud vəziyyətlə əlaqədar olaraq Kiyevdə 5-11 sinif şagirdləri üçün yaz tətili iki gün əvvəl - 18 martdan başlayacaq.
Qeyd edək ki, Ukraynada son sutkada 15 000-dən çox insanda koronavirus aşkarlanıb, 267 nəfər ölüb. Ölkədə ümumilikdə 1 504 076 nəfərdə koronavirus qeydə alınıb, 29 253 nəfər virusdan həyatını itirib.
Kiyevdə gündəlik yoluxma 1 092 nəfər olub.
Şərh Yazın