Noyabrın 26-da Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Danışıqlar Putinin təşəbbüsü ilə aparılacaq.
Üç ölkə liderinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli sazişlərinin icrasına baxılması, o cümlədən regionda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün gələcək addımların müəyyənləşdirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına və inkişafına xüsusi diqqət yetiriləcək.
Putinlə Əliyev və Paşinyan arasında ayrıca söhbətlər də nəzərdə tutulur.
Şərh Yazın