Türkiyənin I Liqasında çıxış edən "Boluspor" klubunun qapıçısı Orlondo Moskera Azərbaycandan təklif alıb.
Bu barədə 26 yaşlı panamalı qolkiperin meneceri Tekin Birinci açıqlama verib. O, Azərbaycandan iddialı bir klubun qapıçı üçün maraqlandığını və hazırkı vəziyyətini soruşduğunu bildirib: "Mən də hazırda futbolla bağlı danışılacaq bir durumun olmadığını söylədim".
Menecer klubun adını açıqlamayıb.
Qeyd edək ki, Orlondo Moskeranın "Boluspor"la müqaviləsi mövsümün sonunda bitir. Sözləşməyə əsasən, klub istəsə, onunla müqaviləni uzada bilər.
Şərh Yazın