“BelTa” xəbər verir ki, indiyə qədər Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Valeri Vakulçik Belarus Təhlükəsizlik Şurasının dövlət katibi təyin edilib.
İndiyə qədər Dövlət Nəzarət Komitəsinə (DNK) rəhbərlik edən İvan Tertel Belarus DTK-nın sədri təyin olunub.
Belarus DNK-da sədr müavini olan Vasili Gerasimov isə bu qurumun sədri vəzifəsini icra edəcək.
Şərh Yazın