Bu barədə “2019- cu ilin dövlət büdcəsinin icrası haqqında” layihədə qeyd edilib. Bildirilir ki, Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin örtülməsi üçün “Azərbaycan Hava Yolları” QSC-yə 10 milyon manat, Xəzər dənizində etibarlı nəqliyyat sisteminin yaradılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinə 4,6 milyon manat, poçt rabitəsi xidmətinin göstərilməsi ilə bağlı milli poçt operatoruna dəyən zərərin kompensasiya edilməsi üçün 1 milyon manat, nizamnamə kapitalının artırılması üçün “Azərkosmos” ASC-yə 48 milyon manat maliyyə yardımı (subsidiya) ayrılıb.
Maliyyə Nazirliyi “Azərkosmos”a 48 milyonluq yardım edib
Maliyyə Nazirliyi ötən il Bakı Metropolitenində sərnişindaşıma xidməti haqqının onun maya dəyərindən aşağı olması nəticəsində metropolitenin fəaliyyətinin maliyyə nəticələri üzrə yaranan zərərin örtülməsi üçün 41 milyon manat pul ayırıb.
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın