Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi internet-turnirinin ikinci finalçısı bəlli olub.
DAİM.AZ "Report"a istinadən, Karlsen yarımfinalda çinli Dinq Lireni məğlub etməklə finala yüksəlib.
Qrossmeysterlər arasındakı ilk oyun heç-heçə yekunlaşıb. İkinci görüşdə Dinq Liren rəqibindən üstün olub.
3 və 4-cü qarşılaşmalarda qələbə qazanan Karlsen finala vəsiqə qazanıb. O, həlledici dueldə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gələcək.
250 000 dollar mükafat fonduna malik yarışın qalibi 70 000 dollar qazanacaq.
Qeyd edək ki, bu turnirə Azərbaycan şahmatçıları dəvət olunmayıb.
Şərh Yazın