DAİM.AZ- ın verdiyi xəbərə görə, bunu “Bakı Metropoliteni”nin sədri Zaur Hüseynov deyib.
O bildirib ki, il ərzində orta hesabla bir gün ərzində 650 min sərnişin daşınırdı: “Lakin yanvarda 39 milyon sərnişin daşınmaqla statistikada artım qeydə alınıb. Mart ayında isə daşınmalar azalıb, ümumi 12 milyon sərnişin daşınıb”.
Sədr maska məsələsinə də aydınlıq gətirib: “Metropoliten stansiyalarında maska taxmayan şəxslərlə bağlı cərimə mexanizmini metroda fəaliyyət göstərən polis şöbəsinin əməkdaşları təmin edəcək”.
Z. Hüseynov əlavə edib ki, metroda mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq: “Təmas olan yerlər, vestibüllər, tutacaqlar gündə 3 dəfə dezinfeksiya olunacaq”.
Şərh Yazın