Milli Məclisdə “COVİD 19” koronavirus infeskiyası ilə bağlı əməkdaşlar arasında mütəmadi testlər aparılır. Bu barədə Milli Məclisdən məlumat verilib.
Qeyd olunub ki, bu testlər nəticəsində Milli Məclisin İşlər İdarəsinin iki əməkdaşında COVİD-19 testinin nəticəsi müsbət çıxıb.
Onlar dərhal həkim nəzarətinə götürülüblər. Həmin iki əməkdaşın ünsiyyətdə olduğu həmkarları dəqiq müəyyən edilərək karantin rejiminin tələblərinə uyğun izolyasiya olunublar. Milli Məclisin COVİD-19 testinin nəticəsi müsbət çıxan əməkdaşları özlərini yaxşı hiss edir. Onlarda hərarət və infeksiyanın digər əlamətləri müşahidə edilmir.
Şərh Yazın