DAİM.AZ xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.
Yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06:00-dan 15:00-dək küçəyə çıxmağa icazə veriləcək.
Məlumata görə, Məscidül-Həramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.
İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06:00-dan 20:00-dək küçəyə çıxmağa icazə veriləcək.
Şərh Yazın