Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib:
“Bildiririk ki, sənədlərin qəbulu birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarında aparılır və bu proses yanvarın 30-dək davam edəcək.
Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə üç il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Vətəndaşlar qəbul ilə bağlı ətraflı məlumatı Müdafiə Nazirliyinin rəsmi internet saytından (mod.gov.az) əldə edə bilərlər”.
Şərh Yazın