Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu il həmin kateqoriyalardan olan vətəndaşlara daha 400 avtomobilin verilməsi nəzərdə tutulub. İlin əvvəlindən onlardan artıq 150-si təqdim edilib. Bu ilin sonunadək daha 250 avtomobil də veriləcək.
Təqdim olunan avtomobillər yerli istehsal olan “Khazar LX” avtomobilləridir.
Ümumilikdə indiyədək nazirlik tərəfindən müharibə əlilləri və digər imtiyazlı şəxslərə 6900 avtomobil verilib.
Şərh Yazın