APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli deyib.
O bildirib ki, indiki məqamda Dövlət Xidməti ilə bağlı medalın təsis edilməsi bizim ordu quruculuğu sahəsinə verdiyimiz ciddi töhfə olacaq.
Deputat Siyavuş Novruzov ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarla bağlı Prezidenti, Birinci vitse-prezidenti, deputatları və xalqı təbrik edib:
“Bu Xidmət ordu quruculuğumuzun əsasını təşkil edən qurumlardan biridir. Bu gün bu qurumda çox böyük şəffaflıq var. Medalın təsis edilməsi də bu baxımdan çox müsbət hadisədir. Digər tərəfdən müharibə veteranlarından da çoxsaylı müraciətlər var. Onların əksəriyyəti döyüşlərdə iştirak edib. Azərbaycanda təxminən 80 minə yaxın müharibə veteranı var. Həmin insanlar bu gün də döyüşə getmək üçün müraciət edir. Onlar həmin əraziləri çox yaxşı tanıyırlar. İkinci məsələ isə budur ki, siyasi partiyalar son məsələlərlə bağlı bəyanat yaydı, amma buna qoşulmayan yenə iki partiya oldu. Buna da təəccüblənməyə dəyməz. Üçüncüsü, Gəncədən bu şəhərdə iki rayonun ləğv edilməsi ilə bağlı çoxsaylı müraciət daxil olub. Gələcəkdə bu məsələyə baxılsa, yaxşı olar”.
Şərh Yazın