DAİM.AZxəbər verir ki, artıq vətən uğrunda canından keçən şəhidlərimizin məzarları Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su sızıntısı müşahidə edilməyib.
Qeyd edək ki, son günlər sosial şəbəkələrdə şəhidlərin dəfn olunması üçün seçilən yerlərin uğursuz və onların adına layiq olmaması hər kəsin narazılığına səbəb olub.
Söhbət Qaradağ rayonu Xocasən-Lökbatan yolunun üzərində yerləşən ümumişəhər qəbiristanlığından gedir. Vətən müharibəsinin 18 qəhrəmanı burada dəfn olunub. Şəhidlərin dəfni üçün ayrılan yerdə məzarların üzərinə yığılan su ictimaiyyətin qınağına səbəb olub.
Şəhid ailələri övladlarının məzarlarının daha münasib yerə köçürlüməsini tələb ediblər.
Əgər kiminsə diqqətsizliyindən bu baş veribsə və şəhid ailələri bu məsələyə narazılıq edirsə, bu o demək deyil ki, onlar dövlətdən şikayət etməlidirlər.
Çünki şəhidlik elə bir zirvədir ki, o ada layiq olan hər kəsin valideyni də, yaxınları da, ailə üzvləri bu uca adın məsuliyyətini dərk etməli, onun şanına ləkə düşməməsi üçün təmkinli və diqqətli olmalıdır.
Çünki onların xatirəsinin uca tutulması hər birimizin, həmçinin onların ailə üzvlərinin də borcudur.
Şərh Yazın