Mümkün NATO-Rusiya müharibəsi kontekstində hərbi blok ABŞ ordusu üçün “quru dəhliz”lər hazırlayır.
Reyting.az “Daily Telegraph”a istinadla xəbər verir ki, plana əsasən, təhlükə anında ABŞ əsgərləri beş limandan birinə enməlidir.
Daha sonra onlar Rusiyanın mümkün hücumuna qarşı durmaq üçün əvvəlcədən planlaşdırılmış logistik marşrutlar üzrə göndəriləcəklər.
“Quru dəhlizləri” NATO-nun ali rəhbərliyinin Qərb hökumətlərinin yaxın iki onillikdə Rusiya ilə münaqişəyə hazırlaşmalı olduğu barədə xəbərdarlıqları fonunda yaranıb.
Bildirilir ki, NATO liderləri keçən il Vilnüsdə keçirilən sammitdə Alyansı müdafiə etmək üçün 300 000 hərbçinin yüksək hazırlıq vəziyyətində olması barədə razılığa gəldikdən sonra logistik marşrutlar prioritetə çevrilib.
Hazırkı planlar Amerika qoşunlarının əvvəl Hollandiya limanlarına enməsini və sonra Almaniyadan keçərək Polşaya qatarla getməsini tələb edir. Rusiyanın NATO-ya müdaxiləsi halında ABŞ qoşunları Rotterdam limanına gələcək və sonra şərqə göndəriləcəkdi. Lakin NATO Rusiyanın quru rabitə xətlərini kəsə bilməyəcəyinə əmin olmaq üçün digər limanlara marşrutları genişləndirməyə razıdır.
Hollandiyadan gələn NATO qüvvələri Rusiya bombardmanlarına məruz qalarsa və ya Moskva qüvvələri Şimali Avropa limanlarını məhv edərsə, Alyans diqqəti İtaliya, Yunanıstan və Türkiyədəki limanlara yönəltməyi planlaşdırır.
İtaliya limanlarından ABŞ qoşunları Ukrayna ilə həmsərhəd olan Sloveniya, Xorvatiya və Macarıstan vasitəsilə qurudan keçə bilər.
Alyansın şərq cinahına çatmaq üçün Türkiyə və Yunanıstan limanlarından Bolqarıstan və Rumıniya vasitəsilə qoşunların daşınması üçün oxşar planlar mövcuddur.
Balkanlardakı limanlar, eləcə də Norveç, İsveç və Finlandiya vasitəsilə qoşunların daşınması planları da hazırlanır. Bu dəhlizlərdə hərbçilər yerli qaydalarla məhdudlaşdırılmayacaq və adi məhdudiyyətlər olmadan yük daşımaqda sərbəst olacaqlar.
E. KAMAL
NATO Rusiyaya qarşı müharibəyə hazırlaşır
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın