Bu barədə səhmdar cəmiyyətinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bu dəfə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunun istehsalı olan bitum Ukraynaya nəql edilməyə başlayıb. Layihəni “ADY Express” və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar idarəsi birgə icra edir.
İlkin olaraq ümumilikdə 8500 ton bitum 130 çən vaqona yüklənərək Ukraynaya göndərilib. ADY Express tərəfindən təqdim olunan vaqonlar, Heydər Əliyev adına Neft Emalı Zavodunda bitumla yükləndikdən sonra yola salınıb.
Çən vaqonlar Azərbaycandan Gürcüstana oradan Qara dənizdən bərə vasitəsi keçərək Ukraynanın Orlovşina və Vasilkov stansiyasına çatdırılır.
Daşıma prosesi 2 mərhələdən ibarət olub. 1-ci mərhələdə 4500 ton bitum 70 çən vaqona yüklənərək yola salınıb, 2-ci mərhələdə 4000 ton yük 60 vaqona yüklənərək daşımaya start verilib.
Azərbaycandan Ukraynaya bu növ yüklərin davamlı nəql edilməsi nəzərdə tutulub.
Şərh Yazın