DAİM.AZ Oxu.Az-ın xəbərinə görə, hadisə Heydər Əliyev prospektində “ASK Arena”ya (köhnə “Şəfa” stadionu) yaxın yerdə baş verib.
Qəza nəticəsində klub avtobusu “Daewoo Gentra” markalı avtomobillə toqquşub.
Məsələ ilə bağlı klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyevin fikrini öyrəndik.
O da qəza olduğunu gizlətmədi:
“Hadisə komandanın axşam məşqinə getdiyi vaxt baş verib. Bir taksi komandanın avtobusunun qarşısında təhlükəli manevr edib. Belə ki, bizim avtobus yolun sol hissəsində, həmin maşın isə sağ tərəfdə gedirmiş. Bu maşın anidən qarşısındakı avtomobili keçmək üçün yolun sol tərəfinə – bizim avtobusun qarşısına çıxıb.
Həmin an avtobusun ön hissəsi ilə toqquşub. Bu üzdən avtobusumuzun sürücüsü qəfil əyləci basmalı olub. Əyləci basmasaydı, ölüm hadisəsi də ola bilərdi. Şükür Allaha ki, heç kim xəsarət almayıb. Avtobusumuz da ciddi zərər görməyib.
Klubun ikinci avtobusunun orda olmasının səbəbi isə pandemiya ilə bağlıdır. Pandemiyaya görə sosial məsafənin qorunması üçün iki avtobusla məşqlərə gedirik. Həmin ikinci avtobus məcburiyyətdən komandanı məşqlərə aparmalı oldu”.
Şərh Yazın