"Neftçi" "Keşlə"yə qarşı Azərbaycan Premyer Liqasının X tur matçına ciddi itki ilə çıxacaq.
Klubun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin "Report"a verdiyi məlumata görə, "ağ-qaralar"ın qapıçısı Aqil Məmmədov zədələnib.
32 yaşlı qolkiper oyun öncəsi məşqdə xəsarət alıb. Onun sıraya nə vaxt qayıdacağı bəlli deyil
Qeyd edək ki, bu gün "ASK Arena"da keçiriləcək "Keşlə" - "Neftçi" görüşü saat 19:00-da başlayacaq.
Şərh Yazın