DAİM.AZ-ın məlumatına görə, Rayon İcra Hakimiyyətinin və Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları tərəfindən sakinlərin sıx olduğu yerlərdə - bank və bankomatların önündə, metro giriş və çıxışlarında, ictimai-iaşə obektlərində, poçt xidməti şöbələrinin qarşısında, dayanacaqlarda və marşrut xətti üzrə işləyən avtobuslarda kütləvi şəkildə təmənnasız 3000-dən çox tibbi maska, əlcək və broşüralar paylanılıb, rayon sakinləri ilə maarifləndirici və izahedici söhbətlər aparaq onların sağlamlıqlarının təmin olunması istiqamətində dövlət tərəfindən həyata keçirilən bütün zərururi tədbirlər izah edilib.
O cümlədən xüsusi karantin rejimi elan olunan dövrdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və rayon İcra Hakimiyyəti tərəfindən xüsusi qayğıya ehtiyacı olan aztəminatlı ailələrə, o cümlədən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin ailələrinə və əlil olmuş şəxslərə həmçinin yaşı 65-dən yuxarı tənha yaşayan, imkansız, ehtiyacı olan vətəndaşlara dəstək olaraq 6000-dən artiq ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Xüsusi karantin rejimində yaşı 65-dən yuxarı olan və tənha yaşayan vətəndaşlara könüllülər tərəfindən xüsusi diqqət və qayğı göstərilməklə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar çatdırılır, eyni zamanda dərman vasitələrinin alınması, evlərdə həkim müayinələrinin təşkil olunması kimi sosial xidmətlər göstərilir.
Bütün bu işlərlə yanaşı rayon ərazisində əhalinin sağlamığının qorunması məqsədilə gündəlik olaraq qrafik üzrə küçə və prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, əsasən də binaların həyətləri, girişləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya edilir. Bütün bu dezinfeksiya tədbirləri rayon ərazisində hər gün, gündə bir neçə dəfə olmaq şərti ilə davam etdirilir.
Qeyd edək ki, Azərbaycan Respublikasnın Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayon ərazisində mütəmadi olaraq tibbi profilaktik dezinfeksiya işləri, vətəndaşlara tibbi maska və əlcəklərin paylanması və onların sağlamlıqlarının qorunması istiqamətində bütün tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Vətəndaşlardan yaşadıqları hər hansı bir çətinlik və ya naratçılıqla bağlı rayon İcra Hakimiyyətinin 1643 qaynar xəttinə müaricət etmələri xahiş olunur.
Şərh Yazın