Dövlət Agentliyindən bildirilib ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
Qeyd olunub ki, həmin sahələr üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır:
“Fəaliyyətinə icazə verilən təşkilatlardan əməkdaşlarının icazələrini icaze.e-gov.az portalında tənzimləmələrini xahiş edirik.
Əks halda daxil edilən icazələr nəzərdə tutulan həddi aşarsa, avtomatik olaraq ləğv ediləcək”.
Şərh Yazın