Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər bərpa olunur.
DAIM.AZ xəbər verir ki, bu barədə Operativ Qərargah məlumat yayıb. Sözügedən ərazilərdə bu tipli xidmətlər 4 may 2020-ci il saat 00:00-dan etibarən açılacaq.
Qeyd edilir ki, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olunur.
Şərh Yazın