Baku Tv xəbər verir ki, Ermənistan tərəfi cəbhəyanı kəndləri artilleriya atəşinə tutmağa davam edir.
Zərərçəkmiş Ağdam sakininin sözlərinə görə onlar dinc əhalini atəşə tuturlar. O bildirib ki, yaşadığı ev tamamilə yararsız hala düşüb:
“Gecə saatlarında gəlib bura düşdü, buradan da məktəbə ziyan dəydi. Onlar kəndi, dinc əhalini atəşə tuturlar”.
Bundan başqa kəndin məktəbinə də ciddi ziyan dəyib. Digər zərərçəkmiş şəxsin sözlərinə görə isə, yatdığı yerdə evə mərmi düşüb. Xoşbəxtlikdən hadisə zamanı ölən və yaralanan olmayıb.
Şərh Yazın