OPEC+ ölkələri may-iyun aylarında neftin hasilat səviyyəsini 23% azaltmaq barədə razılığa gəliblər.
“Report” xəbər verir ki, bu barədə “TASS”a mənbə məlumat verib.
Qeyd olunub ki, neft hasilatının gündəlik 10 milyon barel azaldılması razılşadırılıb.
“Plana əsasən, cari ilin may-iyun aylarında neft hasilatı gündəlik 10 milyon barel, ilin sonuna qədər kvota gündəlik 8 milyon barel azaldılmalıdır. 2021-ci ilin aprel ayının sonunadək isə gündəlik 6 milyon barelə qədər enməlidir”.
Qeyd edək ki, artıq Səudiyyə Ərəbistanı və Rusiya arasında neft hasilatının azaldılması ilə bağlı razılıq əldə edilib.
Şərh Yazın