DAİM.AZ xəbər verir ki, bu barədə Dünya Bankının sədri Devid Malpas açıqlama verib. Dünya Bankının tərifinə görə, gündəlik gəliri 1,9 dollar və daha aşağı olan insanlar ifrat yoxsulluq vəziyyətində hesab olunurlar.
Malpass bildirib ki, bank bu il dünya iqtisadiyyatında dərin tənəzzül yaşanacağını proqnozlaşdırır: “Yenidən iqtisadi artıma qayıtmaq üçün məqsədimiz səhiyyə sahəsində fövqəladə hallara cəld və çevik reaksiya vermək, yoxsullara pul və digər yardımları təmin etmək, özəl sektora dəstək vermək və iqtisadi dayanıqlığı gücləndirmək olmalıdır”.
Bank 15 ay ərzində ən həssas ölkələrə 160 milyard dollar dəyərində subsidiya və digər iqtisadi dəstək paketlərinin təşkilində qərarlıdır. Lakin Malpasın sözlərinə görə, bu, böhranın qabağını almağa kifayət etməyəcək. O həm şəxsləri, həm də təşkilat və hökumətləri ianə etməyə çağırıb.
Qeyd edək ki, daha əvvəl beynəlxalq xeyriyyə təşkilatlarından biri olan “Oxfam”ın mütəxəssisləri pandemiya səbəbi ilə 500 milyon insanın yoxsulluq səviyyəsinə düşəcəyini planlaşdırmışdı.
Şərh Yazın