Ermənistanın baş naziri Nikol Paşinyanın ağır iqtisadi böhrana baxmayaraq, siyasi opponentlərini dinləmək üçün xaricdə xüsusi proqramlar almaq üçün milyonlarla dollar xərcləyir. Ermənistan mətbuatı qeyd edir ki, Paşinyan, hətta “öz kölgəsindən belə qorxmağa başlayıb”.
İrəvanın “Hraparak” qəzeti qeyd edir ki, Paşinyanın göstərişi ilə Ermənistanın bütün dövlət qurumlarında foye və kabinetlər mikroskopik “juçoklarla” doldurulur.
Bununla bağlı qəzet bu yaxınlarda Ermənistan Müdafiə Nazirliyində baş vermiş insidentdən bəhs edir. Rəislərdən biri “yuxarı instansiya”nın göstərişi ilə dörd əməkdaşını dindirir. Onlar iş yerində baş nazırı “satqın” və “kapitulyant” adlandırıb.
Hraparak jurnalisti yazır: “Bu rəis öz növbəsində aralarında qadının da olduğu işçiləri “xalçaya” çağırıb və onlardan izahat tələb edib. Kişilər dərhal tövbə edərək belə siyasi səhvləri bir daha təkrar etməyəcəklərini vəd ediblər, qadın isə cavab verib ki, hər kəs haqqında istədiyi bir şey söyləmək onun konstitusion hüququdur. Bəlkə Ermənistan artıq demokratik ölkə deyil və orada öz fikrini bildirmək qadağandır?”
Şərh Yazın