“İrəvən onilliklərdir ki, təcrid olunmuş vəziyyətdədir. Avropa, Rusiya və İranla dəmir yolu Ermənistan üçün böyük üstünlük olacaq...". Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Feysbukda canlı yayım zamanı bildirib. Paşinyan qeyd edib ki, bunun İrəvan üçün sərfəli olmadığı barədə iddialar absurddur”.
Canlı yayım zamanı Ermənistanın baş naziri həmçinin noyabrın 26-da Soçidə keçiriləcək görüşdən də danışıb: "Görüşlərdə sərhədlərin delimitasiya və demarkasiya prosesinin haradan və necə başlanacağı ilə bağlı məsələlər müzakirə olunacaq. Sərhəddə insidentlərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan Müdafiə Nazirliyinin rəhbərləri arasında operativ əlaqənin yaradılması müzakirə edilir. Krizislərin qarşısını almaq üçün Ermənistan və Azərbaycan nümayəndələri arasında təmaslar tez-tez olmalıdır".
Şərh Yazın