Pentaqon ilk dəfə Uçan Naməlum Obyektlərə (UNO) dair videoları paylaşıb.
Reyting.az “ABC News”-a istinadla xəbər verir ki, Pentaqon sözçüsü Süzan Qof müşahidə olunan hadisələrin “naməlum"olaraq xarakterizə olunduğunu bildirib.
Görüntülər 2004 və 2015-ci illərdə təlim uçuşları zamanı qeydə alınıb.
Xatırladaq ki, bu videolar 2017-ci ildə “New York Times”-ın saytında da paylaşılıb. Həmin vaxt ABŞ nəşri Pentaqonda hələ 2012-ci ildə UNO-larla bağlı xüsusi araşdırma proqramının işə salındığı barədə məlumat verib.
UNO uçuşları ilə əlaqədar 3 videodan 3-cüsü 2018-ci ildə açıqlanıb.
Şərh Yazın