ABŞ müasir silahların alınması üçün Polşaya 2 milyard dollar kredit ayırıb.
Reyting.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamenti bildirir ki, Polşa ABŞ-nın sadiq müttəfiqidir və bu razılaşma NATO-nun şərq cinahını daha da gücləndirəcək.
Kredit vəsaitlərinin NATO-nun şərq cinahının mühüm elementi olan Polşanın hərbi modernləşdirilməsinə töhfə verəcəyi gözlənilir.
Xatırladaq ki, Polşa bundan əvvəl ABŞ-dan beşinci nəsil “F-35” qırıcıları, “Patriot” zenit-raket kompleksləri və “Abrams” əsas döyüş tankları alıb. Həmçinin 2022-ci ildən Varşava təxminən 500 Amerika HIMARS buraxılış raket sistemi almağa qərar verib.
Polşa Cənubi Koreya ilə müdafiə sahəsində də fəal əməkdaşlıq edir: əvvəllər Varşava və Seul arasında “FA-50” yüngül qırıcılarının, “K2” tanklarının və “K9” özüyeriyən haubitsalarının alınmasına dair müqavilə imzalanıb.
Onu da qeyd edək ki, Varşava ÜDM-nin dörd faizini müdafiəyə xərcləyir ki, bu da Şimali Atlantika Alyansında ən yüksək göstəricidir.
E. KAMAL
Polşa NATO-nun silah-sursat anbarına çevrilir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın