Prezident İlham Əliyev bəzi ölkələrdəki səfirlərimiz geri çağırıb, bəzilərinə yeni vəzifələr verib.
Reyting.az xəbər verir ki, sərəncama əsasən, Rəmzi Kazım oğlu Teymurov Azərbaycanın Koreya, eyni zamanda Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılaraq Argentinaya səfir təyin edilib.
Digər srəncamla Ramin Müzəffər oğlu Həsənov Azərbaycanın Almaniyadakı səfiri vəzifəsindən geri çağırılaraq Koreyaya səfir təyin edilib.
Başqa sərəncamla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvaydakı səfiri vəzifəsindən geri çağırılıb.
Sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Digər sərəncamla Nəsimi Məhəmmədəli oğlu Ağayev Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Başqa sərəncamlarla Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycanın Argentina, eyni zamanda Paraqvay, Boliviya, Çili, Uruqvayda, Elxan Cahangir oğlu Qəhrəman Azərbaycan Respublikasının Küveyt Dövlətində, Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Kuba Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıb.
Prezident bəzi səfirləri vəzifələrindən azad edib - Yeni təyinatlar
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın