Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkmənistan baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredovu qəbul edib.
Reyting.az xəbər verir ki, Rəşid Meredov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Sərdar Berdiməhəmmədova və Qurbanqulu Berdiməhəmmədova çatdırmağı xahiş edib.
Söhbət zamanı Azərbaycanla Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, nəqliyyat, humanitar sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Dövlətimizin başçısının bu il Türkmənistana səfərinin və səfər çərçivəsində Türkmənistan prezidenti və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafında rolu vurğulanıb.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Rusiya prezidentinin köməkçisini qəbul edib
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın