Məktubda deyilir: “Biz dost Tacikistanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlarına və beynəlxalq arenada nüfuzunun artmasına sevinirik”.
Dövlətimizin başçısı ölkələrimizi ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin birləşdirdiyini qeyd edib. “İnanıram ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli əlaqələrimiz xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”, - deyə məktubda bildirilir.
Prezident İlham Əliyev dünyanın üzləşdiyi COVID-19 pandemiyası ilə mübarizədə Azərbaycan xalqının dost Tacikistan xalqı ilə həmrəy olduğunu vurğuladığını qeyd edib.
Prezident İlham Əliyev Prezident Emoməli Rəhmona ən xoş arzularını yetirib, Tacikistan Respublikasına əmin-amanlıq və rifah diləyib.
Şərh Yazın