“Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi”, - deyə məktubda qeyd edilib.
DAİM.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev baş vermiş faciə ilə əlaqədar Prezident Salome Zurabişviliyə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
Şərh Yazın