Rusiyanın NATO-ya hücumu ilə bağlı proqnozlar özünü doğrultsa, avropalı gənclər ölkələrini müdafiə etməyə hazır olmayacaqlar.
Reyting.az xəbər verir ki, bunu “Politico” nəşrinin nəticələrini təhlil etdiyi sosioloji sorğular göstərir.
Müəlliflər yazır ki, ötən həftə Qərb, İkinci Dünya Müharibəsi zamanı Qərb qoşunlarının Normandiyaya desant göndərməsinin 80 illiyini qeyd edib. Müttəfiqlər Fransadan və Benilüks ölkələrindən nasistlərin qovulması üçün on minlərlə itki verib. Bunlar döyüşdə ölmək şansının yüksək olmasına baxmayaraq, qətiyyətlə silahlı mübarizəyə girən gənclər olub.
Amma prezident Co Baydenin İkinci Dünya Müharibəsində qalib gələn “ən böyük nəsil” haqqında açıqlaması fonunda Avropa gəncləri bəyan edirlər ki, Rusiya ölkələrinə hücum edərsə, öz həyatlarını riskə atmayacaqlar.
Keçən həftə Böyük Britaniyada keçirilən sorğu 18-24 yaşlı britaniyalıların yalnız 29 faizinin ölkəni işğala qarşı ən azı şifahi şəkildə müdafiə edəcəyini göstərib. Kontinental avropalılar da artıq döyüşkən və vətənpərvər deyillər. Sorğulara görə, onların ölkəsi müharibə ilə üzləşərsə, avropalıların yalnız 32 faizi döyüşməyə hazırdır.
Hərbi imkanlara görə, dünyanın ən güclü ölkəsi olan ABŞ-da belə, 2022-ci ildə aparılan araşdırma göstərib ki, amerikalıların yalnız 55 faizi genişmiqyaslı müharibə vəziyyətində silaha sarılacaq. Yaşlı nəsil (50-64 yaş) arasında gənc nəsil (18-34 yaş) ilə müqayisədə döyüşə hazır olan insanlar daha çoxdur.
Qeyd olunur ki, vətənpərvərliyin aşağı olması müxtəlif səbəblərlə bağlıdır: “Bu, hökumətlərə artan inamsızlıq, məğlubiyyətlə başa çatan yanlış təqdim edilmiş “əbədi müharibələr”lə bağlı yorğunluq və ikrah hissi, Qərb dəyərlərinə inamın ümumi itkisi, öz dəyərlərinə sahib olmamaq hissi”.
Nəşr xatırladır ki, 1930-cu illərdə savadlı britaniyalı gənclər arasında belə bir fikir üstünlük təşkil edirdi ki, Britaniya monarxiyasını müdafiə etmək onların işi deyil. Bunun üçün hətta Hitlerlə bir yerdə oynamaqda ittiham olunurdular. Lakin müharibə başlayanda Britaniya gəncləri öz ölkələri üçün canla-başla vuruşdular.
E. KAMAL
Putin üçün siqnal: avropalı gənclər ölkələrini müdafiə etmək istəmir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın