Bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni” TV-nin canlı yayımında bildirib.
Onun sözlərinə görə, 65 min məcburi köçkün və qaçqın ailəsi, yaxud 315 minə yaxın məcburi köçün və qaçqınlar həmin qəsəbələrdə müvəqqəti olaraq yeni mənzillərlə təmin edilib:
“Qeyd edilən qəsəbələr dövlətin xüsusi təyinatlı mənzil fonduna aiddir. Onlar məcburi köçkün və qaçqın soydaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə verilib”.
“Prezident İlham Əliyev tərəfindən keçirilən son müşavirədə deyildiyi kimi, bundan sonra məcburi köçkün və qaçqınlar üçün yeni evlər, qəsəbələr doğma Qarabağda salınacaq.
Məcburi köçkün və qaçqınların ləyaqətli, təhlükəsiz şəkildə qayıdışı və yaşamı dövlət tərəfindən ən yüksək səviyyədə təmin olunacaq”, - deyə F.Hüseynov qeyd edib.
Sədr müavini əlavə edib ki, həmin mənzillərin gələcək aqibəti Prezidentin qərarlarına uyğun olaraq icra olunacaq.
Şərh Yazın