DAİM.AZ-ın məlumatına görə, "Bank Respublika Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb.
Koronavirus pandemiyası ilə bağlı ölkədə elan olunmuş karantin rejimi dövründəki ilk matçda birinci qolu 2-ci dəqiqədə "Qarabağ"ın hücumçusu Mahir Emreli vurub. Cəmi 13 dəqiqə sonra Xayme Romero hesab arasındakı fərqi 2-yə çatdırıb. 37-ci dəqiqədə Filip Ozobiç 3-cü topu Masazır təmsilçisinin qapısından keçirib. Birinci yarı bu hesabla başa çatıb.
İlk hissənin gedişində komandalar üçün 2 dəfə - 15 və 30-cu dəqiqələrdə su fasiləsi verilib. Bundan əlavə, birinci yarının sonlarında görüşün baş hakimi Kamal Umudlu meydanın kənarında kollektiv məşq edən "Sabah"ın futbolçularına iradını bildirib və onlara 5 nəfərlik qruplar şəklində hazırlaşmağı tapşırıb. Bundan sonra futbolçular iki hissəyə bölünərək isinmə hərəkətlərinə davam ediblər.
Şərh Yazın