Birinci Qarabağ müharibəsinin iştirakçısı, II qrup əlil Niyazi Tağıyevin övladı Fərid Tağıyev dünyada ilk yüzlükdə qərar tutmuş 6 nüfuzlu universitetə eyni vaxtda qəbul olunub.
Fərid Tağıyev magistratura üzrə təhsil almaq üçün ABŞ-nın Nyu-York Universitetinin “Kompüter mühəndisliyi” ixtisasını seçərək xaricdə təhsil Dövlət Proqramına müraciət edib.
Qeyd edək ki, Fərid Tağıyev 2019-cu ildə 244 nömrəli orta məktəbin rus bölməsini fərqlənmə ilə bitirib və həmin il 646 balla ADA Universitetinin “Kompüter elmləri” fakültəsinə güzəştli şərtlərlə qəbul olunub. 2024-cü ildə universiteti 3.63 balla (4 maksimum) bitirib. O, təhsil aldığı illərdə universitetin ictimai həyatında da aktiv iştirak edib, süni intellekt üzrə bir sıra beynəlxalq müsabiqə və elmi konfranslarda öz layihə və məqalələrinə görə dəfələrlə təltif olunub.
F. Tağıyev təhsil alacağı Nyu-York Universitetini yüksək nəticələrlə bitirdikdən sonra vətənə qayıdıb, xalqına xidmət etməyi əsas borcu sayır.
Şərh Yazın