“İnterfax”ın məlumatına görə, bu barədə Qırğızıstan Mərkəzi Seçki Komissiyasının üzvü Atır Abdraxmatova bildirib.
Onun sözlərinə görə, dövlət başçısı vəzifəsini icra etmək səlahiyyətləri spikerə verilir.
Konstitusiyaya görə, prezidentin səlahiyyətlərini həyata keçirən şəxslərin erkən parlament seçkilərini təyin etmək, hökuməti istefaya göndərmək və erkən prezident seçkilərində prezidentliyə namizəd olmaq hüququ yoxdur.
Xatırladaq ki, Qırğızıstan prezidenti Sooronbay Jeenbekov gərginliyin artmaması və qan tökülməməsi üçün cümə axşamı istefa edib. Dövlət başçısının istefa verdiyi gün, demək olar ki, prezident seçildiyi günə (14 oktyabr) təsadüf edib.
Şərh Yazın