Parisdə Avropanın ən böyük silah sərgisi olan “Eurosatory” keçirilir. Sərgidən aydın olur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi qlobal silah bazarında inqilabla nəticələnib.
Reyting.az “Bild”ə istinadla xəbər verir ki, 62 ölkədən olan silah istehsalçıları sərgiyə 2000-dən çox silah gətiriblər. 96 ölkədən 250-yə yaxın nümayəndə heyəti isə sərgiyə silah almaq üçün gəlib.
Məlumata görə, sərgidə iştirak edən şirkətlər ruslara silah satmır.
Nəşrin analitiki eksponatları araşdırdıqdan sonra belə qənaətə gəlib ki, Ukraynadakı müharibə silah bazarında üç istiqamətdə inqilaba səbəb olub:
Dron müharibəsi yüksək texnologiyalı, yüksək sürətli hava hücumundan müdafiə sistemlərinə ehtiyacı daha da artırıb.
Ağır raket sistemlərinin canlanması var.
Eyni zamanda pilotsuz təyyarələrdən qorunan tanklara və zirehli texnikalara yenidən ehtiyac yaranıb.
Qeyd olunur ki, mülki şirkətlər də silah istehsalına başlayıb. Məsələn, gəmi istehsalçıları dəniz dronları hazırlamağa, logistik firmalar döyüş sursatı çatdırılma zəncirlərini inkişaf etdirməyə, İT tərtibatçıları isə dronlarda süni intellektin tətbiqinə start veriblər.
Analitik belə qənaətə gəlib ki, Ukraynadakı kimi, müharibədə kəmiyyət keyfiyyətdən daha vacibdir.
“Eurosatory”-də Türkiyənin “Otokar” pilotsuz tankı, Alban piyadalarının döyüş maşını, BƏƏ və İndoneziyadan nümunələr də təqdim olunub.
Çin, Şimali Koreya və İran qlobal müharibə vəziyyəti üçün daha dərin yeraltı hərbi obyektlər tikirlər. Buna görə də ABŞ belə bunkerləri partlatmaq üçün yeni bombalar hazırlamağa çalışır. Bu bombalardan ən yenisi gözlənilmədən mart ayında Mojave səhrasında peyda olub.
Onu da qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing B-1” bombardmançı təyyarəsinin həmin qüvvələrə məxsus KC-135 tankeri ilə yanacaqla doldurulmasının fotosu çəkilib. “B-1”-nin ön gövdəsinin altında qeyri-adi bir şey diqqəti cəlb edib: bu, nəhəng bombadır!
E. KAMAL
Qlobal silah bazarında inqilab baş verir
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın