ABŞ Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərinə nüvə zərbəsi endiriləcəyi təqdirdə qurbanların sayını hesablayıb.
Reyting.az “Newsweek”-ə istinadla xəbər verir ki, Nukemap Xidmətindən istifadə edərək ABŞ-ın apardığı modelləşdirməyə görə, 360 kiloton məhsuldarlığa malik B61-13 nüvə cazibə bombası 12,6 milyon əhalisi olan Moskvaya ciddi ziyan vura bilər. Pentaqonun yeni bombasının istifadəsi zamanı 311.480 insanın həyatını itirəcəyi, 868.860 nəfərin isə yaralanacağı təxmin edilir.
“Newsweek”in yazdığına görə, partlayış yerindən 3 kilometr radiusda olan hər kəs yüksək radiasiyaya məruz qala və bir ay ərzində ölə bilərlər. Sağ qalanların 15 faizi isə sonradan xərçəng xəstəliyindən dünyasını dəyişər.
Hesablamalara görə, bomba yerindən təxminən 3 kilometr aralıda binalar dağılar və yanğınlar baş verər. Partlayış yerindən təxminən 1 kilometr radiusda olan hər şey məhv olar.
Əgər B61-13 bombası Sankt-Peterburqa atılarsa, onun təsiri daha da sarsıdıcı ola bilər: təxminən 360 150 nəfər həlak olar, 685 930 nəfər yaralanar.
Xatırladaq ki, ABŞ nüvə qravitasiya bombasının yeni versiyasını hazırlamağa davam edir. B61-13 adlanan bomba 1960-cı illərdən istehsalda olan B61-7 ilə oxşar məhsuldarlığa malik olacaq və bəzi köhnə cazibə bombalarını əvəz edəcək.
Müdafiə nazirinin kosmos siyasəti üzrə köməkçisi Con Plumb bildirib ki, yeni bombanın inkişafı dəyişən təhlükəsizlik mühitini və potensial düşmənlərin artan təhdidlərini əks etdirir. Plumb əlavə edib ki, ABŞ strateji hücumların qarşısını almaq və lazım gəldikdə cavab vermək üçün bütün imkanlardan istifadə etməlidir.
Qorxunc hesabat: 311.480 insan ölə, 868.860 nəfər yaralana bilər
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın