Bu gün Qüdsün “Köhnə şəhər” adlanan ərazisində, Zəncirli küçədə terror aktı törədilib.
Məlumata görə, iki nəfərin odlu silahdan açdığı atəş nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
İsrail polisi atəş açanlardan birini zərərsizləşdirib, digəri isə qaçıb. Öldürülən şəxsin HƏMAS üzvü olduğu bildirilir.
Qeyd edək ki, bundan əvvəl noyabrın 17-də “Köhnə şəhər”də müsəlmanların yaşadığı məhəllənin mərkəzində 16 yaşlı gənc bıçaqla iki İsrail polisinə hücum edib. Polislər yaralanıb, hücum edən şəxs isə güllələnib.
Şərh Yazın