DAİM.AZ məlumatına görə, 35 yaşlı hücumçu hazırlıq prosesindən əvvəl lazımi tibbi testlərdən keçib. Klubun bazasındakı çalışmalar kiçik qruplar şəklində gerçəkləşdirilib.
Turinə mayın 5-də qayıdan Ronaldu 14 günlük karantin dövründən sonra ilk dəfə məşqə çıxıb.
Qeyd edək ki, A Seriyasının iyunun 13-də bərpası nəzərdə tutulurdu. Lakin İtaliya hökuməti idman tədbirlərinin keçirilməsinə qadağanı koronavirusla əlaqədar iyunun 14-dək uzadıb. Bu səbəbdən, çempionatın iyunun 20-də gerçəkləşəcəyi gözlənilir.
Şərh Yazın