“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib.
“Xəzər dənizi akvatoriyasında təlim epizodlarının həyata keçirilməsi üçün Azərbaycan və İran dəvət edilib”, - A.Fomin xarici hərbi attaşelər üçün keçirilən brifinqdə söyləyib.
O, təlimlərin iki mərhələdə aparılacağını qeyd edib. Birinci mərhələdə hərbi idarəetmə orqanları şərti hərbi-siyasi vəziyyətdə hərbi əməliyyatları planlaşdıracaqlar. İkinci mərhələdə çoxmillətli qüvvələr qrupunun birgə döyüş əməliyyatları keçirməsi planlaşdırılır.
Təlimlər sentyabrın 21-dən 26-dək keçiriləcək.
Şərh Yazın