“Rusiya Federasiyası ilə Şimali Koreya arasında hərtərəfli sazişin imzalanması ilə əlaqədar alyans yaranıb. Rusiya Şimali Koreyadan müxtəlif silahlar alır və tədarüklərə cavab olaraq Şimali Koreya da ona maraqlı nəsə almalıdır. Bu, Rusiya Federasiyasının raket texnologiyaları və nüvə silahları sahəsindəki texnologiyaları ola bilər”.
Reyting.az xəbər verir ki, bunu Hərbi ekspert Valeri Ryabıx Şimali Koreyanın mühəndis qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı şərh edərkən deyib.
Onun sözlərinə görə, bu razılaşmaya Kim Çen Inın Rusiya Federasiyasının tərəfində müharibədə iştirak etmək üçün Ukrayna ərazisinə qoşun göndərmək vədinin də daxil olduğunu istisna etmək olmaz.
“Şimali Koreyanın müvəqqəti işğal altında olan Donetskə mühəndis bölməsi göndərmək planları haqqında danışılır ki, bu da iki rejimi arasında əməkdaşlıqda yeni səhifədir”, - Ryabıx vurğulayıb.
Ekspertin fikrincə, Şimali Koreya hərbçilərinin Ukrayna ərazisinə gəlməsi KXDR-in müharibəyə girməsi sayıla bilər:
“Şimali Koreya bölmələrinin Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində görünməsi, Şimali Koreyanın Ukrayna ilə müharibəyə Rusiya Federasiyası tərəfindən girməsi kimi şərh oluna bilər, buna Ukrayna kəşfiyyatı ilə yanaşı, Amerika kəşfiyyatı da nəzarət edəcək”.
Xatırladaq ki, Şimali Koreyanın Rusiyanın işğal altında olan Donetskə mühəndis bölməsi göndərəcəyi bildirilir.
Qeyd edək ki, Şimali Koreya təxminən 1,3 milyon aktiv əsgərlə dünyanın ən böyük ordularından birinə sahibdir.
E. KAMAL
Rusiya Şimali Koreyanı müharibəyə sürükləyir - Ekspert
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın