Bu barədə “İnterfax” Nəqliyyat naziri Yevgeni Ditrixin açıqlamasına istinadla xəbər yayır.
“İndi insanlar uzun müddət təcrid olunduqları üçün çox yorğun görünürlər. Bu vəziyyətdə çoxları həqiqətən gəzmək istəyir və biz onları təhlükəsiz nəqliyyatla təmin etməliyik”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, hökumət rusiyalılara “isti dənizdə olmaq və D vitamini qəbul etmək üçün bir fürsət” vermək istəyir.
Ditrix əlavə edib ki, hökumətdən müvafiq icazə alınarsa, beynəlxalq reyslər açıla bilər.
O, bunun hər şeydən əvvəl, sərnişinin göndəriləcəyi ölkələrdə epidemioloji vəziyyətdən asılı olacağını bildirib.
Şərh Yazın