Rusiyada son bir gündə 6 411 nəfərə koronavirus diaqnozu qoyulub.
Bununla da Rusiyada yoluxanların sayı 93 558 nəfərə çatıb.
Ölkədə virusdan ölənlərin sayı isə 72 nəfər artaraq 867-yə yüksəlib.
Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 8 456 nəfər sağalıb.
Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 3 075.
Qeyd edək ki, aprelin 27-nə olan məlumata görə, İranda koronavirusa yoluxanların sayı 91 472 nəfərdir. Rusiya yoluxma halların sayına görə dünyada Türkiyədən sonra 8-ci ölkədir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 066 000-i ötüb. Bunların 923 448 nəfəri sağalıb, 211 663 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Şərh Yazın