Fevralın 24-də 18 İl-76 təyyarəsi Rusiyanın Pskov şəhərindən Kiyev istiqamətində uçub. Təyyarələr bir saat ərzində orada olacaq. Bu barədə “Bellingcat”-ın jurnalisti Xristo Qrozev Ukrayna hökumətindəki mənbələrə istinadən məlumat verib.
KİV xəbər verir ki, Pskovda Rusiya desant qüvvələrinin hərbi hissəsi yerləşir.
Xatırladaq ki, bu gün səhər tezdən Rusiya prezidenti Vladimir Putin Donbassda “xüsusi əməliyyat”ın başladığını elan edib. Az sonra Ukraynanın müxtəlif şəhərlərində partlayışlar baş verib.
Prezident Vladimir Zelenski bu gün Ukraynada hərbi vəziyyətin tətbiqi haqqında fərman imzalayıb.
Şərh Yazın