Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin səfirləri çərşənbə günü Rusiyaya qarşı yeni - 14-cü sanksiyalar paketi təklifini müzakirə edəcəklər.
Reyting.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb
Avropa Komissiyası Aİ ölkələrindən Rusiya LNG-nin təkrar ixracını dayandırmasını istəyir. Əgər Aİ ölkələri komissiyanın təklifi ilə razılaşarsa, bu, Aİ-nin Ukraynaya genişmiqyaslı müdaxiləyə cavab olaraq Rusiyanın güclü qaz sektoruna qarşı ilk addımı olacaq.
Sanksiyalar reallaşarsa, bu, xüsusilə Rusiyanın Yamaldakı mayeləşdirilmiş təbii qaz zavoduna təsir edəcək.
Yeni sanksiyalar həm də Aİ firmalarının Rusiyada gələcək LNG layihələrinə investisiya qoymasını qadağan edəcək, sektorun genişlənmə imkanlarını məhdudlaşdıracaq və “beləliklə, Rusiya gəlirlərini məhdudlaşdıracaq”.
Ehtimal olunur ki, sanksiyalar paketinə Rusiya heliumunun idxalına qadağa da daxil ola bilər.
Səfirlər həmçinin Avropanın siyasi partiyaları, qeyri-hökumət təşkilatları və KİV-lərinin Rusiya hökumətindən və onun etibarlı şəxslərindən nağd pul qəbul etməsinə dair təklif olunan məhdudiyyətləri müzakirə edəcəklər.
V. QULİYEV
Rusiyanın qaz ticarətini məhdudlaşdıran sanksiyalar müzakirə olunacaq
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın