Milli Hidrometeorologiya Xidmətindən verilən Sabaha olan hava proqnozu açıqlandı görə, cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 19-22, gündüz 27-30, Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq. Abşeron çimərliklərində cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
Sentyabrın 14-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.
Şərh Yazın