Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
“Report” xəbər verir ki, hakim Anar Tanrıverdiyev Mahir Quliyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, M.Quliyev Prezident İlham Əliyevin aprelin 30-da imzaladığı sərəncamla tutduğu vəzifədən azad edilib.
Şərh Yazın