"Hazırda futbolçunun vəziyyəti sabitdir"
Bunu "Səbail"in Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov Azərbaycan Premyer Liqasının XII turunda "Turan Tovuz"la oyunda huşunu itirən Ağabala Ramazanovun son durumu haqqında danışarkən deyib.
Klub rəsmisi 30 yaşlı hücumçunun xəstəxanada olduğunu bildirib: "Həkimlərdən növbəti dəfə onun durumunu soruşdum. Vəziyyəti sabitdir, dəyişən bir şey yoxdur. Hazırda da həkimlərin nəzarətindədir".
Ağabala Ramazanov qarşılaşmanın 45-ci dəqiqəsində rəqiblə toqquşduqdan sonra yerə yıxılaraq hərəkətsiz qalıb. Tibbi heyət dərhal oyunçuya müdaxilə ediblər. O, daha sonra xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, qarşılaşma "Səbail"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Səbail" klubu: "Ağabala Ramazanovun vəziyyəti sabitdir"
- 0SEVDİM
- 0ALKIŞ
- 0KOMİK
- 0İNANILMAZ
- 0ÜZGÜN
- 0KIZGIN
Şərh Yazın