Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib ki, “World Net Summit” beynəlxalq onlayn konfransı Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “FA International Trade Events” MMC-nin birgə təşkilatçılığı ilə “InnoWeek - İnnovasiya həftəsi 2020” çərçivəsində keçiriləcək.
Bu gün tədbirdə “Baykar Makina” şirkətinin texniki direktoru Selcuk Bayraktar yüksək texnologiyalar və innovasiyalar haqqında çıxış edəcək.
O, çıxışında startap ekosisteminin, o cümlədən hərbi milli sənaye hərəkatının inkişafında dronların əhəmiyyətli rolundan bəhs edəcək.
Bildirilib ki, ölkəmizdə 2018-ci ildən keçirilən beynəlxalq “InnoWeek - İnnovasiya həftəsi” çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərin əks olunduğu konfrans, forum və sərgilər təşkil olunur. Həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə innovasiya ekosistemi sürətlə inkişaf edir.
Şərh Yazın